Rəssam - Sən

Слушать бесплатно
Rəssam - Sən
Скачать песню
Нравится альбом?
Да (0%)
Нет (0%)

Rəssam - Sən текст

Kürəyini mənə möhkəm söykə
Hər çətində mənə güvənən oldun sən təkcə
Qəzəbimə sevgi cavabı verən o hüzursan sən
Bilməzdim ki tanrıdan gələn paysan sən
Ayağına düzəcəm qələbəmi mən
Görəcəksən sən
Qanımda axan ürəkdə atan eşqsən sən
Günəşlə açan ümidlə bitən günsən sən
Bilməzdim ki tanrıdan gələn paysan sən
Görəcəksən sən
Min söz desəm əvəz edə bilməz
Adiləşməz və təsiri getməz
Minlərlə ulduz səmada
İki gözlərindəki işıq etməz
Qəlbimdəki izin dəyişməz
Kimsə gəlib yerini ala bilməz
Nə qədər varam yanında
Heç kim saçının telinə dəyə bilməz
Mənim yüksəlişim düzənim
Həyatın uğurundakı tək seçimimsən
Sabahın təqvimində hər gün
Yanımda olacaq adamım sənsən
Bilirəm güvənirsən əzizim
Qucağıma möhkəm sarıla bilirsən
Ən çətin günümdə yanımdaydın
Hər şeyin gözəlinə layiqsən
Kürəyini mənə möhkəm söykə
Hər çətində mənə güvənən oldun sən təkcə
Qəzəbimə sevgi cavabı verən o hüzursan sən
Bilməzdim ki tanrıdan gələn paysan sən
Ayağına düzəcəm qələbəmi mən
Görəcəksən sən
Qanımda axan ürəkdə atan eşqsən sən
Günəşlə açan ümidlə bitən günsən sən
Bilməzdim ki tanrıdan gələn paysan sən
Görəcəksən sən

Rəssam - Sən клип

Еще песни от Rəssam
Комментарии (0)
Комментировать
Кликните на изображение чтобы обновить код, если он неразборчив

00:00
00:00