MegaHit.org » Поп » Азербайджанская поп-музыка » PRoMete - Yazmır H.O.S. T (11 Mart Versiyası)

PRoMete - Yazmır H.O.S. T (11 Mart Versiyası)

Слушать бесплатно
PRoMete - Yazmır H.O.S. T (11 Mart Versiyası)
Скачать песню
Нравится альбом?
Да (0%)
Нет (0%)

PRoMete - Yazmır H.O.S. T (11 Mart Versiyası) текст

Getdik!

Deyirlər, yazmır H.O.S.T - axı mən nə yazım dost?
Deyirlər, yazmır H.O.S.T - axı biz kimik - toz
Deyirlər, yazmır H.O.S.T - yazırıq, əməl olunmur
Ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz!

Deyirlər, yazmır H.O.S.T - axı mən nə yazım dost?
Deyirlər, yazmır H.O.S.T - axı biz kimik - toz
Deyirlər, yazmır H.O.S.T...
Ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz!

Yazırıq sözümüz bol, gedirik izimiz yol
Qulağında səsimiz (voo), səmimiyyət sayılmır rol
Biz deməyinə deyək, hanı bəs əməllər bro?
İstənilməz şeylər olur, label-a dönüb Pro

Səsim gəlir mənim 07 markalardan
Amma ki, bu sözlərə görə yox, beat'lərə görədir, məncə
Deməli, bu millətin beynindədir problem
Biz isə axtarırdıq problem başqa yerdə

Şəhərin altı, üstü tüstü yanıq cavanlarla
Baxırsan, elə bil ki, ac-yalavac canavardırlar
Başları da bir-birindən boş (dum, dum, dum)
Bunları almaq olar bir-iki dini qonorarla

Açıram zibilləri, birinci iy məni vurur
Yazıram sətirləri, üstələyir milli qürur
Ona görə sevgidən bol-bol yazıram axır vaxtlar
Deməsinlər başqa yerdə, sənin də millətin budur

Deyirlər, yazmır H.O.S.T....
Deyirlər, yazmır H.O.S.T - axı biz kimik - toz
Deyirlər, yazmır H.O.S.T...
Ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz!

Deyirlər, yazmır H.O.S.T....
Deyirlər, yazmır H.O.S.T - axı biz kimik - toz
Deyirlər, yazmır H.O.S.T...
Ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz!

Əlimdə qələm, elə bil SSRİ-in orağıdır
Sağa-sola hərəkət etdikcə, biçir, tökür yerlə bir
Çaqqaların ulaşması, qurdların uyumağıdır
Daha dərin baxaq, görək məsələ nə yerdədir?!

Üsyankar gəncliyimiz içkinin ağuşunda
Mentalitet əksinə olmaq demək deyil şərəfsizlik
Mən enirəm sizin zirvələrin yoxuşundan
Məncə, yoxdur burada səmimilik, qərəzsizlik

TV-lər çalır layla, xorultudan qulaq batır
Dona bürünür olaylar, cavanlarsa çolaq qatır
Dünyanı dəyişmək istəyən beş-altı nəfər varsa
Onlar da indi futbola baxır, çünki hesab atıb

Qarabağ da bizimdir, dost, inan ki, Zəngəzur da
Sarı gəlin, ərəbin muğamı və qara zurna
Əlindən pultu buraxma, kanallarını çevir
Əziyyət çəkmə, seriala bax, yerindən də durma

Deyirlər, yazmır H.O.S.T - axı mən nə yazım dost?
Deyirlər, yazmır H.O.S.T - axı biz kimik - toz
Deyirlər, yazmır H.O.S.T - yazırıq, əməl olunmur
Ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz!

Deyirlər, yazmır H.O.S.T - axı mən nə yazım dost?
Deyirlər, yazmır H.O.S.T - axı biz kimik - toz
Deyirlər, yazmır H.O.S.T - yazırıq, əməl olunmur
Ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz!

PRoMete - Yazmır H.O.S. T (11 Mart Versiyası) клип

Еще песни от PRoMete
Комментарии (0)
Комментировать
Кликните на изображение чтобы обновить код, если он неразборчив

00:00
00:00