MegaHit.org » Поп » Şövkət Ələkbərova - Füzuli Kantatası

Şövkət Ələkbərova - Füzuli Kantatası

  • Слушали: 6
  • Жанр: Поп
  • Год: 2022
  • Длительность: 6:11
  • Качество: 320 kbps
  • Лейбл: mikpro
  • Дата релиза: 15 мая 2023
Слушать бесплатно
Şövkət Ələkbərova - Füzuli Kantatası
Скачать песню
Нравится альбом?
Да (0%)
Нет (0%)

Şövkət Ələkbərova - Füzuli Kantatası текст

Məni candan usandırdı, cəfadan yar usanmazmı, usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı, muradım şəmi yanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmaz, şəmi yanmazmı?

Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan
Neçün qılmaz mənə dərman, məni bimarı sanmazmı?

Qəmim pünhan tutardım mən, qəmim pünhan tutardım mən
Dedilər yarə qıl rövşən, desəm, ol bivəfa, bilməm, inanarmı, inanmazmı?
İnanarmı, inanmazmı?

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım
Oyadar xəlqi əfqanım, qara baxtım oyanmazmı?
Oyadar xəlqi əfqanım, qara baxtım oyanmazmı?

Güli-rüxsarına qarşı gözümdən qanlı axar, qanlı axar su
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı, axar sular bulanmazmı?
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı, bulanmazmı?

Deyildim mən sənə mail, sən etdin əqlimi zail
Mənə tən eyləyən qafil səni görcək utanmazmı?

Füzuli rindu şeydadır, Füzuli rindu şeydadır, həmişə xəlqə rüsvadır
Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?
Bu sevdadan usanmazmı?
Sorun kim, bu nə sevdadır, nə sevdadır
Bu sevdadan usanmazmı?

Şövkət Ələkbərova - Füzuli Kantatası клип

Комментарии (0)
Комментировать
Кликните на изображение чтобы обновить код, если он неразборчив

00:00
00:00